MENYU
Axtar

Mehmanxana haqqında - Xan Lənkəran Otel, Lənkəran şəh.

Əsil Xanlara layiq yüksək zövqlü interyer Sizi bu məkanda əsil tarixi xan evində hiss etdirəcək. Standard Twin, Comfort Twin, Double, Deluxe və Luxe otaqlardan ibarət butik tipli otelimizdə qonaqlar üçün 24 saat ərzində müxtəlif növ xidmətlər təmin olunub. XAN LƏNKƏRAN OTELİ qədimi üslubda tikilib. Xanlıq dövrünü əks etdirir. Divarlar palçıq və saman qarışığından hazırlanmışdır. Burada yaşı 150-dən çox olan qədimi əşyalar vardır. Buradakı əşyaların 90%-i əl əməyi ilə hazırlanıb. Demək olar ki, Azərbaycanda ən ekzotik oteldir. Həmçinin Azərbaycanda belə təbii tərzdə hazırlanmış yeganə oteldir. Otelimizin həmçinin Cənubun ən tanınmış restoranlarından olan Xan Lənkəran Restoranı milli mətbəxin əsrarəngiz təamları ilə xidmətinizdə olacaq. Zövqlü istirahət üçün Xan Lənkəran möhtəşəm seçimdir.

Zamananlama

Oteldə əsas yerləşmə qaydaları aşağıdakılardır.

Giriş saatı 14:00
Çıxış saatı 12:00
Rezervasiyanın ləğvi

Rezervasiyanın ləğvi girişdən 48 saat əvvəl müddətində ödənişsiz həyata keçirilir.

Azyaşlılar üçün yerləşmə qaydası

0-6 yaşa qədər uşaqlar üçün ödəniş tələb olunmur. 6-12 yaşa qədər uşaqlar üçün əlavə çarpayı qiyməti 10 AZN təşkil edir.

Əlavə Çarpayı

Əlavə Çarpayı  12 yaşdan yuxarı 20 AZN təşkil edir.

Qaydalar və şərtlər

Bronun ləğv edilməsi və əvvəlcədən ödəniş qaydaları seçilmiş seçim növündən asılıdır. Zəhmət olmasa, sizin qaldığınız tarixləri daxil edin və tələb olunan nömrənin bron edilməsi şərtləri ilə tanış olun.